Premyer Liqa: “Qəbələ” “Şamaxı”nı darmadağın etdi
İdman
35
17:10, Bu gün

Premyer Liqa: “Qəbələ” “Şamaxı”nı darmadağın etdi

Azərbaycan Premyer Liqasının XVII turunun növbəti oyunu “Şamaxı” və “Qəbələ” komandaları arasında keçirilib.
 
Moderator.az xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil olunan görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi matçda hesabı 45-ci dəqiqədə Domi Massumo açıb.
 
“Qırmızı-qaralar” 46-cı dəqiqədə İsaak Amoahın qolu ilə fərqi artırıb. 81-ci dəqiqədə İsmael Akinade fərqi üçə çatdırıb. 90+4-də isə Fərid İsgəndərov yekun hesabı müəyyənləşdirib.
 
Bununla da “Qəbələ” xallarının sayını 11-ə çatdıraraq 10-cu pilləyə yüksəlib. “Şamaxı” 20 xalla səkkizincidir.
 
Qeyd edək ki, günün digər oyununda “Qarabağ” “Kəpəz”i qəbul edəcək. Qarşılaşma saat 16:30-da start götürəcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər