13:49
6°C
Bakı
“Napoli” hücumçusu Noa Lanqı “Qalatasaray”a icarəyə verib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə komandasının mətbuat xidməti məlumat yayıb.
Müqavilə 2025/26 mövsümünün sonuna qədər qüvvədədir və İstanbul nəhəngi iki milyon avro ödəyəcək. Müqavilədə Lanq üçün satın alma bəndi var, lakin bu bənd könüllüdür.
Xatırladaq ki, niderlandlı futbolçu “Napoli”yə 2025-ci ilin yayında PSV-dən 25 milyon avroya keçib. Bu mövsüm o, bütün turnirlərdə 27 oyunda (961 dəqiqə) iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib.