10:36
4°C
Bakı
“Atletiko” PSJ-nin hücumameyilli yarımmüdafiəçisi Li Kan-İnin transferini reallaşdırmaq niyyətindədir.
Moderator.az xəbər verir ki, jurnalist Ekrem Konurun məlumatına görə, 24 yaşlı futbolçu “matrasçılar”ın əsas transfer hədəfinə çevrilib.
PSJ Cənubi Koreya millisinin üzvü üçün 40–50 milyon avro tələb edir. Futbolçunun özü də klubunu dəyişməyə hazırdır. “Atletiko” Paris təmsilçisinə satınalma şərti ilə icarə variantı təklif etməyi planlaşdırır.
“Transfermarkt” portalında bir neçə mövqedə oynaya bilən Li Kan-İnin bazar dəyəri 25 milyon avro olaraq göstərilir. Yarımmüdafiəçi daha əvvəl İspaniyada çıxış edib. Paris klubuna keçməzdən öncə “Malyorka” və “Valensiya”nın formasını geyinib.