Premyer Liqa: “Qarabağ” “Kəpəz”lə qarşı-qarşıya
İdman
19
09:26, Bu gün

Premyer Liqa: “Qarabağ” “Kəpəz”lə qarşı-qarşıya

Bu gün Azərbaycan Premyer Liqasında XVII turun növbəti oyunları keçiriləcək.

Moderator.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında Şamaxı şəhər stadionunda “Şamaxı” və “Qəbələ” komandaları üz-üzə gələcək. Hazırda Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv 20 xalla turnir cədvəlinin 8-ci, Kaxaber Tsxadadzenin komandası isə 8 xalla 11-ci pilləsində qərarlaşıb.

Günün növbəti görüşündə “Qarabağ” “Azersun Arena”da “Kəpəz”i qəbul edəcək. Qurban Qurbanovun kollektivi turnir cədvəlində 36 xalla 2-ci, Azər Bağırovun komandası isə 9 xalla 10-cu pilləsində yer alıb.

Azərbaycan Premyer Liqası, XVII tur

24 yanvar (şənbə)

14:00. “Şamaxı” – “Qəbələ”

Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Seymur Səlimli
Şamaxı şəhər stadionu

16:30. “Qarabağ” – “Kəpəz”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov

VAR: Rəvan Həmzəzadə

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

“Azersun Arena”

Qeyd edək ki, ilk oyun günündə “İmişli” “Araz-Naxçıvan”la 2:2, “Neftçi” isə “Zirə” ilə 0:0 hesablı heç-heçə edib. Tura yanvarın 25-də yekun vurulacaq.

Link kopyalandı!
Son xəbərlər