09:22
3°C
Bakı
“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa Trent Aleksandr-Arnoldun klubdan ayrılmasını məsləhət görüb.
Moderator.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Danışıqlar zamanı Arbeloanın oyunçuya uzunmüddətli perspektivdə ona güvənmədiyi barədə xəbərdarlıq etdiyi bildirilir. Məşqçi həmçinin Aleksandr-Arnoldun ötən ay ayağından aldığı zədədən sonra müntəzəm olaraq oynamayacağını da açıq şəkildə bildirib.
İngilis futbolçu ötən yay “Real Madrid”ə keçib. O, bütün yarışlarda 11 oyun keçirib və bir məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun transfer dəyəri 70 milyon avrodur.
(publika)