İdman
56
23:05, Bu gün

"Qarabağ" nigeriyalı hücumçunu transfer etməyə yaxındır

Nigeriyalı hücumçu Salim Faqo Laval "Qarabağ"a keçməyə yaxındır.

Moderator.az bu barədə "Daily Post" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, Lavalın çıxış etdiyi Xorvatiyanın "NK İstra 1961" klubu bu transfer üçün iki milyon avro alacaq. Sazişin yaxın bir neçə gün ərzində başa çatacağı gözlənilir.

Bu mövsüm 23 yaşlı Laval "NK İstra"nın heyətində bütün turnirlərdə çıxdığı 19 matçda beş qol vurub və iki məhsuldar ötürmə edib.

Hücumçu 2025-ci il Afrika Millətlər Kubokunda Nigeriya millisinin heyətində yer alıb və turnirdə bir oyun keçirib. O həmçinin bir dəfə Nigeriyanın U-20 komandasını təmsil edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər