Mirça Luçesku təcili xəstəxanaya yerləşdirildi
İdman
183
13:26, Bu gün

Mirça Luçesku təcili xəstəxanaya yerləşdirildi

80 yaşlı məşqçi Mirça Luçesku Rumıniyada təcili olaraq xəstəxanaya yerləşdirilib.
 
Moderator.az "ProSport"a istinadən xəbər verir ki, Luçeskunun xəstəxanaya yerləşdirilməsi onun səhhətindəki kəskin pisləşmə ilə əlaqədardır.
 
Məlumata görə, məşqçinin vəziyyəti ötən ilin sonunda pisləşib. Soyuqdəymə Luçeskunun uzun müddətdir davam edən ürək problemlərini daha da ağırlaşdırıb.
 
Bu səbəbdən Luçesku Rumıniya komandalarının təlim-məşq toplanışı keçirdiyi Türkiyənin Antalya şəhərinə getməyəcək. Təcrübəli məşqçinin orada Rumıniya milli komandasının potensial oyunçularına nəzarət etməsi planlaşdırılırdı.
 
Xatırladaq ki, Luçesku futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi Rumıniya komandaları ilə yanaşı, İtaliyanın "İnter", Türkiyənin "Beşiktaş" və "Qalatasaray", Ukraynanın "Şaxtyor Donetsk" və "Dinamo Kiyev", Rusiyanın "Zenit" klublarında çalışıb.
 
Qeyd edək ki, M.Luçesku 2024-cü ildən Rumıniya millisini çalışdırır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər