UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda növbəti oyunlar keçirilir.
Moderator.az xəbər verir ki, VII tura doqquz qarşılaşma ilə start verilib.
Maraqla gözlənilən qarşılaşmalardan biri İstanbulda baş tutub. Yerli "Fənərbağça" klubu "Aston Villa"nı qəbul edib.
Görüşün birinci hissəsində Ceydon Sançonun qolu ilə qonaqlar hesabda önə çıxıblar. Matçda başqa qol olmayıb və oyun 0:1 hesabı ilə yekunlaşıb.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"Bolonya" (İtaliya) - "Seltik" (Şotlandiya) - 2:2;
"Brann" (Norveç) - "Midtyulland" (Danimarka) - 3:3;
"Feyenoord" (Niderland) - "Şturm" (Avstriya) - 3:0;
"Frayburq" (Almaniya) - "Makkabi" (Təl-Əviv, İsrail) - 1:0;
"Malmö" (İsveç) - "Srvena Zvezda" (Serbiya) - 0:1;
PAOK (Yunanıstan) - "Real Betis" (İspaniya) - 2:0;
"Viktoriya" (Çexiya) - "Portu" (Portuqaliya) - 1:1;
"Yanq Boyz" (İsveçrə) - "Lion" (Fransa) - 0:1.