İdman
141
17:00, Bu gün

"Qarabağ" UEFA Çempionlar Liqasında indiyədək nə qədər pul qazanıb?

"Qarabağ" 2025/26 mövsümündə UEFA Çempionlar Liqasının əsas mərhələsində üç qələbə qazanıb, iki oyunda uduzub, bir dəfə isə heç-heçə edib.

Moderator.az xəbər verir ki, yeddi turdan sonra aktivində 10 xal olan Ağdam klubu bu mərhələdə ümumilikdə 7.05 milyon avro (14 milyon manat) əldə edib.

Belə ki, ÇL-in Liqa mərhələsində hər qələbə üçün 2.1 milyon avro mükafat ayrılır. Heç-heçəyə görə isə 750 min avro ödənilir.

Qeyd edək ki, "Qarabağ" bu mövsüm ÇL-in liqa mərhələsinə düşdüyünə görə ümumilikdə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanmışdı. Hazırda isə bu məbləğ son olaraq 30.75 milyon avroya (61.11 milyon manat) çatıb.

Link kopyalandı!
Son xəbərlər