“Araz-Naxçıvan”da yeni məşqçi
İdman
144
14:03, Bu gün

“Araz-Naxçıvan”da yeni məşqçi

Baş məşqçi Andrey Demçenkonun istəyi ilə “Araz-Naxçıvan”ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub.
 
Moderator.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı Yevgen Pisotski məşqçi kimi komandaya kömək edəcək.
 
Ukraynalı mütəxəssislə 5 ay + 1 il müddətini əhatə edən müqavilə imzalanıb.
 
Qeyd edək ki, məşqçilər korpusunda Yevgen Pisotskiyə qədər Rikkardo De Vivo, Vadar Nuriyev, Əfran İsmayılov və Cəmaləddin Əliyev yer alırdı.
 
Link kopyalandı!
Son xəbərlər