Bizi sosial şəbəkələrdən izləyin:
İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqasında (ÇL) antirekord müəyyənləşdirib.
Moderator.az xəbər verir ki, bu barədə "OptaJose" məlumat yayıb.
Məlum olub ki, komanda Avropa Çempionlar Kuboku/UEFA Çempionlar Liqası tarixində ilk dəfə ardıcıl 10 oyunda qol buraxıb.
Qeyd edək ki, "Barselona" ÇL-in əsas mərhələsinin VII turunda dünən səfərdə "Slaviya Praqa"nı 4:2 hesabı ilə məğlub edib.