“Arzum Çempionlar Liqasında oynamaq idi” - “Qarabağ”ın futbolçusu
İdman
224
08:40, Bu gün

“Arzum Çempionlar Liqasında oynamaq idi” - “Qarabağ”ın futbolçusu

“Qarabağ”a gələrkən belə bir mükafat qazanacağımı gözləmirdim. Arzum həmişə Çempionlar Liqasında oynamaq idi. Şükür Allaha, oynayıram və qollar vurmağa davam edirəm. Həqiqətən bu, gözlədiyimdən də artıqdır”.
 
Moderator.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın oyunçusu Kamillo Duran UEFA Çempionlar Liqasının VII turunda “Ayntraxt” (Almaniya) ilə oyunda “dubl” edərək matçın ən yaxşısı seçilməsi barədə jurnalistlərə açıqlamasında deyib.
 
Matçın 4-cü və 80-ci dəqiqələrində qol vuraraq komandasının qələbəsində böyük pay sahibi olan 24 yaşlı kolumbiyalı yarımmüdafiəçi hisslərini belə ifadə edib: “Çətin rəqibə qarşı oynayırdıq. Məqsədimiz 3 xal qazanmaq idi. Bu hədəflə meydana çıxmışdıq. Şəxsi karyeramda bu mükafatın yeri başqadır. Bu, məni çox işləməyə və daha çox qollar vurmağa sövq edəcək. Hamı çox xoşbəxtdir. Amma bununla da bitmir. Qarşıda “Liverpul”la oyun var. O zaman da hədəflərə çatmaq istəyəcəyik. Hər şey mümkündür”.
 
Qeyd edək ki, “Qarabağ” hazırda 10 xalla Çempionlar Liqasının turnir cədvəlində 36 komanda arasında 18-ci pillədə yer alıb.
 
Link kopyalandı!
Son xəbərlər