UEFA Çempionlar Liqası:
İdman
111
21 Jan 2026 | 23:59

UEFA Çempionlar Liqası: "Qalatasaray" öz meydanında qalib gələ bilmədi

UEFA Çempionlar Liqasının əsas mərhələsində yeddinci turun növbəti oyunları keçirilir.

Moderator.az xəbər verir ki, bu tur çərçivəsində "Qalatasaray" və "Atletiko Madrid" klubları qarşılaşıblar.

Görüşün birinci hissəsində iki qol vurulub. Culiano Simeone 4-cü dəqiqədə İspaniya təmsilçisini hesabda önə çıxarsa da, 20-ci dəqiqədə Markos Lyorente avtoqola imza ataraq, İstanbul təmsilçisinin azarkeşlərini sevindirib.

Tərəflər ikinci hissədə fərqlənə bilməyiblər və oyun 1:1 hesabı ilə yekunlaşıb.

Hesabında 13 xal olan "Atletiko Madrid" 36 komanda arasında 8-ci pillədə qərarlaşıb. "Qalatasaray" isə 10 xalla 16-cı yerdədir.

Link kopyalandı!
Son xəbərlər