PSJ-nin futbolçusu insan alverində ittiham olunur
İdman
119
20:34, Bu gün

PSJ-nin futbolçusu insan alverində ittiham olunur

PSJ-nin müdafiəçisi Lukas Hernandes və həyat yoldaşı insan alverində və qanunsuz işçi saxlamaqda ittiham olunurlar.

Moderator.az "Paris-Match"a istinadən xəbər verir ki, şikayət cütlüyün yanında rəsmi sənədlər olmadan işləyən beş Kolumbiya vətəndaşından ibarət bir ailə tərəfindən təqdim edilib. Ailə üzvləri mühafizəçi, aşpaz və dayə kimi çalışıblar.

Qeyd edək ki, 29 yaşlı Hernandes 2023-cü ilin yayından bəri PSJ-də oynayır. Müdafiəçi PSJ-də üç dəfə Fransa Superkubokunu, iki dəfə ölkə çempionluğu və ölkə kubokunu, Çempionlar Liqasını və UEFA Superkubokunu qazanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər