İtaliya A Seriyasının iki klubuna AĞIR CƏZA
İdman
118
16:47, Bu gün

İtaliya A Seriyasının iki klubuna AĞIR CƏZA

İtaliyanın "Fiorentina" və "Roma" klublarına cəza verilib.

Moderator.az xəbər verir ki, İtaliyanın Daxili İşlər Nazirliyi "Roma" və "Fiorentina"nın azarkeşləri arasında magistral yolda baş verən toqquşmalardan sonra mövsümün sonuna qədər "Roma" və "Fiorentina" azarkeşlərinin səfər matçlarına getməsinə qadağa qoyub.

Bolonya və Turin şəhərlərində keçirilən səfər oyunlarına gedən "Roma" və "Fiorentina" azarkeş qrupları arasında baş verən toqquşmalardan sonra bu barədə qərar qəbul olunub. Seriya A rəhbərliyi də bu qərarı dəstəkləyib.

Bu qərara əsasən, mövsümün sonuna kimi "Roma" və "Fiorentina"nın azarkeşləri səfər matçlarında komandalarını dəstəkləyə bilməyəcəklər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər