Bizi sosial şəbəkələrdən izləyin:
"Karvan-Yevlax" üç futbolçusu ilə yolları ayırıb.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qabil Əlizadə, gürcüstanlı Nika Çaçaşvili və portuqaliyalı Vitor Huqo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, qış transfer pəncərəsində "Karvan-Yevlax" klubu müqavilə ilə "Sabah"a məxsus olan yarımmüdafiəçi Rauf Rüstəmlini mövsümün sonunadək icarəyə götürüb. Eyni zamanda Mingəçevir" klubundan Samir Abdullayevin keçidini rəsmiləşdirib.