“Nəsə lazım olanda deyirəm ki, “gbitidir, cbitidir-nədir, ondan soruş” - Futbolumuzda süni intellektdən kimlər istifadə edir?
İdman
108
15:32, Bu gün

“Nəsə lazım olanda deyirəm ki, “gbitidir, cbitidir-nədir, ondan soruş” - Futbolumuzda süni intellektdən kimlər istifadə edir?

Müasir texnologiya bu gün bir çox sahədə olduğu kimi idmana da siraət edir. Bu baxımdan bir çox insan iş, gündəlik həyat, əyləncə və digər məqsədlər üçün süni intellektdən yararlanır.

Bəs Azərbaycan futbol camiəsində bu texnologiyaya necə yanaşırlar?

Moderator.az xəbər verir ki, Teleqraf.az yerli və legioner oyunçular arasında sorğu keçirərək onların fikirlərini öyrənib.

Bəlli olub ki, yerli futbolçuların əksəriyyəti süni intellektə müraciət etmir.

Əfran İsmayılov (millinin sabiq futbolçusu) - Müsair dövrdə hamıya lazım olur, amma özüm işlətmirəm. Mənə maraqlı deyil. Köhnə fikirli insanlar süni intellektdən uzaqdır, eləcə də mən. Amma dediyim kimi, dövr dəyişir və hər şeylə ayaqlaşmağa ehtiyac var.

Rüstəm Əhmədzadə ("Sumqayıt") — İstifadə edirəm, amma yalnız bilmədiyim mövzularda sual verib cavab almaq üçün. Bununla da kifayətlənir.

Azər Bağırov ("Kəpəz"in baş məşqçisi) — İstifadə etmirəm. Açığı, futbolçuların çoxunun da istifadə etdiyini düşünmürəm. Mənə real görünmədiyi üçün ciddi yanaşmıram.

Şahruddin Məhəmmədəliyev ("Qarabağ") — Mən istifadə etmirəm. Adətən böyük qızım onu maraqlandıran sualların cavabını tapır. Mən sualı uşaqlara verirəm, onlar da mənə cavab tapırlar. Əsasən atlarla bağlı olur. Qızım atları çox sevir, bəzən mənim də bu mövzu maraqlı olur. (gülür-red.).

Rüfət Abbasov ("Şamaxı") — İstifadə etmirəm. Ətrafımda, səhv etmirəmsə, 2–3 futbolçu istifadə edir. Məncə çox yaxşı bir şeydir. İstədiyin suallara cavab tapmaq, nəsə öyrənmək üçün səmərəli vasitədir.

Amin Seydiyev ("Sabah") — Təsəssüf ki, süni intellektdən istifadə etmirəm. İstifadə etmədiyim üçün bu barədə konkret fikrim yoxdur.

Şəhriyar Əliyev ("Turan Tovuz") — Ətrafımda istifadə edənlər olsa da, mən süni intellektə müraciət etməmişəm. Gün keçdikcə dünya müasirləşir, hər şey inkişaf edir. Özüm istifadə etməsəm də, müsbət yanaşıram.

Aydın Bayramov ("Zirə") — Xeyr, istifadə etmirəm. Ətrafımda çox adam istifadə edir, münasibətim normaldır.

Edvin Kuç ("Neftçi") — Bədənim üçün nəyin yaxşı olduğunu biləcək qədər təcrübəm var. Amma bu gün texnologiya idmanda getdikcə daha çox yer alır və zaman keçdikcə bu daha da artacaq. Süni intellekt texnologiyalarından istifadə etmirəm.

Höccət Haqverdi ("Sumqayıt") — Bəzən gündəlik suallar və ya konkret bir mövzunu araşdırmaq üçün istifadə edirəm. Amma deyə bilərəm ki, demək olar hər gün müraciət edirəm.

Kristian Avram ("Araz-Naxçıvan") — Mən süni intellektdən ümumiyyətlə istifadə etmədiyimi deməmişəm. İstifadə edirəm, amma çox tez-tez və həddindən artıq yox. Yalnız müəyyən mövzuları daha yaxşı anlamaq, hansısa prosesin necə işlədiyini və niyə məhz bu şəkildə edildiyini öyrənmək üçün müraciət edirəm. Hətta ilkin olaraq öz yanaşmamı daha düzgün hesab etdiyim hallarda belə.

Elvin Yunuszadə ("Karvan-Yevlax") — Hələ həyatımda süni intellektdən istifadə etməmişəm. Ona görə də bu barədə nəsə deyə bilmərəm. Sadəcə, qarşıma çıxan videolara baxıb gülürəm. Nəsə lazım olanda kiməsə deyirəm ki, “gbitidir, cibitidir-nədir, ondan soruş”. Mən köhnə adamam, zamanə adamı deyiləm.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər