Bizi sosial şəbəkələrdən izləyin:
UEFA Çempionlar Liqasında iki klubun pley-off mərhələsinə yüksəlmək ehtimalı qalmayıb.
Moderator.az xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turu çərçivəsində baş tutan "Kayrat" - "Brügge" (1:4), "Vilyarreal" - "Ayaks" (1:2) qarşılaşmalarından sonra "Kayrat" və "Vilyarreal" klublarının ilk 24-lükdən kənarda qalacaqları dəqiqləşib.
Onlar yeddi tur ərzində ancaq bir xal toplamağı bacarıblar və 24-cü yerdəki "Kopenhagen"dən 7 xal geri qalırlar. "Vilyarreal" və "Kayrat" klubları üçün Çempionlar Liqasında növbəti tur sonuncu olacaq.
Qeyd edək ki, Qazaxıstan təmsilçisi "Kayrat" tarixində ilk dəfə UEFA Çempionlar Liqasında mübarizə aparırdı.