UEFA Çempionlar Liqası:
İdman
187
08:35, Bu gün

UEFA Çempionlar Liqası: "Qarabağ" "Ayntraxt Frankfurt"la qarşılaşır

UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq.
 
Moderator.az xəbər verir ki, təmsilçimiz Almaniyanın "Ayntraxt Frankfurt" klubu ilə üz-üzə gələcək.
 
Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
 
Matçı İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Şarer olacaq. FIFA referisinə Stefan de Almeyda və Conas Erni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yohannes fon Mandak yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da isə Lukas Fandrix yer alacaq.
 
Qeyd edək ki, "Qarabağ" növbəti oyununu yanvarın 29-da səfərdə "Liverpul" klubuna qarşı keçirəcək.
 
Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin altı turunda iki qələbə, bir heç-heçə və üç məğlubiyyətdən sonra yeddi xal toplamağı bacarıb.
 
21 yanvar
 
UEFA Çempionlar Liqası
 
VII tur
 
Saat 21:45, "Qarabağ" - "Ayntraxt Frankfurt".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər