UEFA Çempionlar Liqası: “Real”dan darmadağın,
İdman
179
08:05, Bu gün

UEFA Çempionlar Liqası: “Real”dan darmadağın, "PSJ" uduzdu

UEFA Çempionlar Liqasının əsas mərhələsində yeddinci turun oyunları keçirilib.
 
Moderator.az xəbər verir ki, ilk oyun günü 9 matç keçirilib.
 
Bu tura qədər məğlub olmayan "Arsenal" səfərdə "İnter"in qonağı olub. "Topçular" qələbə seriyasını davam etdirərək Milanda 1:3 hesablı qalibiyyətə seviniblər. London təmsilçisinə qələbə qazandıran qolları Qabriel Jezus (dubl) və Viktor Qyökereş vurublar. "İnter"in yeganə qolunun müəllifi isə Petar Suçiç olub.
 
İtaliyanın digər təmsilçisi "Napoli" də qələbə qazana bilməyib. Səfərdə "Kopenhagen"lə qarşılaşan neapollular 1:1 hesablı heç-heçəyə razılaşıblar. "Napoli"dən Skott Maktominey, Danimarka təmsilçisindən isə Cordan Larsson fərqlənib.
 
"Real Madrid" isə öz meydanında "Monako" ilə üz-üzə gəlib. "Kral klubu" rəqibini 6:1 hesabı ilə darmadağın edib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VII tur

19:30. "Kayrat" (Qazaxıstan) - "Brügge" (Belçika) 1:4

21:45. "Bodo Qlimt" (Norveç) - "Mançester Siti" (İngiltərə) 3:1

00:00. "Kopenhagen" (Danimarka) - "Napoli" (İtaliya) 1:1

00:00. "İnter" (İtaliya) - "Arsenal" (İngiltərə) 1:3

00:00. "Olimpiakos" (Yunanıstan) - "Bayer 04" (Almaniya) 2:0

00:00. "Real" (İspaniya) - "Monako" (Fransa) 6:1

00:00. "Sportinq" (Portuqaliya) - PSJ (Fransa) 2:1

00:00. "Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) 2:0

00:00. "Vilyarreal" (İspaniya) - "Ayaks" (Niderland) 1:2

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər