01:12
2°C
Bakı
UEFA Çempionlar Liqasının əsas mərhələsində yeddinci turun start götürüb..
Moderator.az xəbər verir ki, "Mançester Siti" səfərdə "Budyo Qlimt" klubu ilə qarşılaşıb.
Matç norveçlilərin üstünlüyü ilə keçib. Belə ki, meydan sahibləri qonaqların qapısından 3 top keçiriblər. "Şəhərlilər" bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 3:1.
Turun başa çatan digər görüşündə "Kayrat" doğma azarkeşləri önündə "Brügge"yə böyük fərqlə məğlub olaraq turnirin pley-off mərhələsinə çıxış imkanlarını tamamilə itirib - 1:4.