Dani Alveş keçmiş həyat yoldaşını məhkəməyə verdi
İdman
190
20 Jan 2026 | 23:00

Dani Alveş keçmiş həyat yoldaşını məhkəməyə verdi

"Barselona" fubol klubunun sabiq müdafiəçisi Dani Alveş keçmiş həyat yoldaşı Dinora Santananı məhkəməyə verib.

Moderator.az bu barədə UOL nəşrinə istinadən xəbər verir.

Braziliyalı futbolçu keçmiş həyat yoldaşını onun hesablarından üç milyon avrodan artıq vəsaiti mənimsəməkdə ittiham edir. Dinora Santana 2013-2023-cü illər ərzində eks-futbolçunun aktivlərini idarə edib.

Bildirilir ki, məhkəmə D.Alveşin keçmiş həyat yoldaşını son 10 il üzrə maliyyə vəziyyəti ilə bağlı hesabat təqdim etməyə məcbur edib. D.Santana ittihamları rədd edir və iddia edir ki, keçmiş futbolçu onun iki uşaq üçün aliment ödənişi tələbi ilə qaldırdığı iddiaya görə qisas alır.

Link kopyalandı!
Son xəbərlər