"Qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirik".
Moderator.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunun "Qarabağ" - "Ayntraxt Frankfurt" matçından əvvəl Almaniyada keçirilən mətbuat konfransında Bundesliqa təmsilçisinin kapitanı Robin Kox deyib.
O bildirib ki, sabahkı oyunda yalnız qələbə barədə düşünürlər:
"Biz indi çətin bir dövrdən keçirik. Mövsümün ortasında baş məşqçi dəyişikliyi olsa da, irəli baxmalıyıq. Bəzi oyunlarda səhv qərarlar veririk və bu da məğlubiyyətlə nəticələnir. Sabahkı matçda azarkeşlərimizin oyunda olmamasına təəssüflənirik. Biz bilirik ki, azarkeşlərimiz bizə yüksək dəstək verirlər. Lakin bu birinci səfər deyil. Biz bu qərarı dəyişə bilmərik. Qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirik".
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.