Qurban Qurbanov:
İdman
505
14:19, Bu gün

Qurban Qurbanov: "Hazırlaşmaq üçün çox vaxtımız olmadı"

“Rəqibin düşərgəsində dəyişikliklər baş verdi. Bu, bizə mane olan amillərdir. Həqiqətən bizim üçün sürpriz dəyişiklik oldu. Fikirlərimiz bir qədər dəyişdi. Rəqib intizamlı, kifayət qədər təcrübəsi olan klubdur. Alman intizamı var. Biz azarkeşlərimizi sevindirməyə çalışacağıq. Sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyimizə inanırıq”.
 
Moderator.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın "Ayntraxt" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı danışarkən deyib.
 
“Çox vacib oyundur. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Az bir vaxtdan səmərəli istifadə etdik. Maksimum çalışdıq ki, futbolçularımızı fiziki cəhətdən hazırlayaq. Bir yoxlama oyunu da oynaya bilərdik Amma futbolçularım çox intizamlı idi. Əminliklə deyə bilərəm rəqibin müvəqqəti baş məşqçisi indi bizə qol vura bilməyəcək. Hər bir hava şəraitində meydanda oyunumuzu göstərəcəyik. Hər iki komanda üçün şərtlər eyni olacaq. Nəsə bir fərq edəcəyini düşünmürəm. Bizim üçün fasilə olduqca faydalı oldu. Futbolçularln yorğunluğunu azalda bildik. Bəzi oyunçuların mikro zədələri vardı. Bizim üçün faydalı oldu” - deyə, 53 yaşlı mütəxəssis qeyd edib.
 
Qurbanov yeni transferin olacağını da qeyd edib: “Bu barədə gözlənti çoxdur. Hər hansı maneə olmasa, ən azından transfer olmalıdır”.
 
 
 
Link kopyalandı!
Son xəbərlər