10:29
3°C
Bakı
FIFA milli komandaların 2026-cı il üçün ilk reytinq cədvəlini açıqlayıb.
Moderator.az xəbər verir ki, Azərbaycan milli komandasının mövqeyində dəyişiklik qeydə alınmayıb.
Ayxan Abbasovun baş məşqçisi olduğu yığma 1132,97 xalla 127-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, FIFA reytinqinin zirvəsində 1877,18 xalla İspaniya milli komandası yer alıb. Türkiyə yığması isə 1582,69 xalla 25-ci mövqedə qərarlaşıb.