Türkiyə Superliqası:
İdman
126
19 Jan 2026 | 23:25

Türkiyə Superliqası: "Beşiktaş" qələbəni son anda qazandı

Türkiyə Superliqasının 18-ci turunda "Beşiktaş" doğma arenada "Kayserispor"u qəbul edib.

Moderator.az xəbər verir ki, meydan sahibləri qonaqların müqavimətini qırmaqda çətinlik çəkiblər. Görüşdə 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Yalnız əsas vaxta əlavə olunmuş dəqiqələrdə (90+5) Turenin sərrast zərbəsi "qara qartallar"a qələbə gətirib - 1:0.

Bu nəticədən sonra İstanbul klubu 32 xalla turnir cədvəlində ilk beşliyi qapayır. Kayseri təmsilçisi isə 15 xalla autsayderlər qrupunda - 16-cı pillədə qərarlaşıb.

Link kopyalandı!
Son xəbərlər