21:05
2°C
Bakı
Braziliya B Seriyası təmsilçisi "Operario Ferroviario" baş məşqçisi Aleks de Souza ilə yollarını ayırıb.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri - Xuan Kavalkanti və Ze Roberto da komanda ilə vidalaşıblar.
Qeyd edək ki, Aleks de Souza 2004-cü ildən 2012-ci ilə qədər Türkiyənin "Fənərbağça" klubunun şərəfini qoruyub və 245 matçda 136 qol vurub. O, həmçinin 1998-2005-ci illər aralığında Braziliya millisində də çıxış edib.