20:27
2°C
Bakı
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi olan "Ayntraxt Frankfurt" klubu daha üç məşqçisini istefaya göndərib.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundesliqa təmsilçisi məşqçilər Stefan Bak, Nelson da Silva Morqado, eləcə də Xavyer Zembrodun müqavilələrinə qarşılıqlı razılaşma əsasında xitam verib.
Xatırladaq ki, "Ayntraxt Frankfurt" klubu dünən baş məşqçisi Dino Topmöllerlə yollarını ayırıb.
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
