FIFA prezidenti Afrika Millətlər Kubokunun finalında baş verən hadisə barədə danışıb
İdman
389
17:49, Bu gün

FIFA prezidenti Afrika Millətlər Kubokunun finalında baş verən hadisə barədə danışıb

FIFA prezidenti Canni İnfantino Seneqal yığmasının Afrika Millətlər Kubokunun final oyunundakı davranışını tənqid edib.

Moderator.az "France 24"ə istinadən xəbər verir ki, prezident Seneqalın qapısına təyin olunan penalti zərbəsinə etiraz olaraq bəzi seneqallı futbolçuların meydanı tərk etməsini qınayıb.

"Bəzi "azarkeşlərin", eləcə də bəzi seneqallı oyunçuların və texniki heyətin üzvlərinin davranışlarını qətiyyətlə qınayırıq. Meydanı bu şəkildə tərk etmək qəbuledilməzdir", - deyə İnfantino açıqlamasında qeyd edib.

O, əlavə edib ki, komandalar hakim qərarlarına hörmət etməli və oyun qaydaları çərçivəsində yarışmalıdırlar, çünki hər hansı bir qayda pozuntusu futbolun mahiyyətini təhlükə altına qoyur. İnfantino, həmçinin oyunçuların dünyanın hər yerindəki milyonlarla azarkeş üçün düzgün nümunə göstərmək məsuliyyətini vurğulayıb.

Qeyd edək ki, final matçında hakim Mərakeşin lehinə penalti təyin etdikdən sonra əksər seneqallı futbolçular etiraz əlaməti olaraq meydanı tərk ediblər. Bəzi Seneqal azarkeşləri meydana çıxmağa çalışaraq mühafizəçilərlə toqquşublar. Nəticədə Seneqal futbolçuları meydana geri dönüblər, lakin Mərakeş millisinin oyunçusu Brahim Diaz penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib və oyun Seneqal millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Link kopyalandı!
Son xəbərlər