03:31
4°C
Bakı
Vinisius Junior gələcəyi ilə bağlı qərar qəbul edib.
Moderator.az xəbər verir ki, o, mövsümün sonunda "Real Madrid"dən ayrılmaq istəyir.
Buna səbəb isə braziliyalı futbolçunun "Santiaqo Bernabeu"da azarkeşlər tərəfindən davamlı fitə basılması olub.
O, yaxın çevrəsinə belə deyib:
"Məni istəmədikləri yerdə oynamaq istəmirəm."
Bildirilir ki, baş verənlərdən sonra futbolçu klubdakı gələcəyi ilə bağlı ciddi şəkildə düşünməyə başlayıb və mövsümün sonunda ayrılıq variantını nəzərdən keçirir.
Bunun ilə bağlı daha ətraflı məlumatın yaxın saatlarda açıqlanacağı gözlənilir.
Bu arada "Çelsi"nin (CFC) də Vinisius Junioru transfer siyahısına daxil etdiyi və braziliyalı ulduzu yaxından izlədiyi qeyd olunur.
(Offsideplus.az)