00:45
4°C
Bakı
Türkiyə Superliqasının 18-ci turunda "Fənərbağça" səfərdə "Alanyaspor"un qonağı olub.
Moderator.az xəbər verir ki, matç qarşılıqlı qollarla yadda qalıb.
Belə ki, meydan sahiblərinin iki qoluna qonaqlar üç dəqiq zərbə ilə cavab veriblər - 2:3.
Bu nəticədən sonra "Fənər" turnir cədvəlində 42 xala ikinci yeri tutur. Komanda lider "Qalatasaray"dan cəmi 1 xal geri qalır. Alanya təmsilçisi isə aktivindəki 21 xalla ilk onluğu qapayır.