Türkiyə Superliqası:
İdman
229
18 Jan 2026 | 23:26

Türkiyə Superliqası: "Fənərbağça" qol duelindən qalib ayrıldı

Türkiyə Superliqasının 18-ci turunda "Fənərbağça" səfərdə "Alanyaspor"un qonağı olub.

Moderator.az xəbər verir ki, matç qarşılıqlı qollarla yadda qalıb.

Belə ki, meydan sahiblərinin iki qoluna qonaqlar üç dəqiq zərbə ilə cavab veriblər - 2:3.

Bu nəticədən sonra "Fənər" turnir cədvəlində 42 xala ikinci yeri tutur. Komanda lider "Qalatasaray"dan cəmi 1 xal geri qalır. Alanya təmsilçisi isə aktivindəki 21 xalla ilk onluğu qapayır.

Link kopyalandı!
Son xəbərlər