03:31
4°C
Bakı
Joan Laporta “Real Madrid”in prezidenti Florentino Peresin köməyi sayəsində “Barselona”nın prezidenti olub.
Moderator.az xəbər verir ki, bu sensasion iddianı “El Confidencial” yayıb.
Seçki zamanı Laporta klubun hesablarına 124,6 milyon avro yatırmalı olsa da, lazımi vəsait çatışmırdı. Peres ona kömək etmək üçün banka yaxınlaşıb.
“Barselona” maliyyə böhranı yaşadığı və vaxtında ödənişə zəmanət verə bilmədiyi üçün bank əvvəlcə ödənişi təsdiqləməkdən çəkinirdi. Lakin Peresin inadkarlığı sonda bankın sövdələşməyə razı olmasına gətirib çıxardı.
Bildirilir ki, “Real Madrid” prezidentinin bu cür davranışına səbəb o vaxt Laportanı Super Liqa layihəsində müttəfiq hesab etməsi olub.
(Publika)