​Azarkeşlərin sevimlisi idi, indi söyülür – FOTO
İdman
200
18 Jan 2026 | 22:38

​Azarkeşlərin sevimlisi idi, indi söyülür – FOTO

Türkiyə Super Liqasının 18-ci türunda lider “Qalatasaray”ın öz meydanında xal itirməsi tənqidlərə səbəb olub. Azarkeşlər klub rəhbərliyini və baş məşqçini istefaya cağırmaqla yanaşı, zəif oyun nümayiş etdirən bəzi futbolçuları da protesto ediblər.

Moderator.az xəbər verir ki, tərəfdarların qəzəbinə tuş gələn oyunçulardan biri də İlkay Gündoğandir. İlkay zəif oyunu üzündən ikinci dövrədə matçı yarımçıq tərk edəndə azarkeşlər onu protesto ediblər. Təcrübəli futbolçunun ünvanına xoşagəlməz ifadələr işlədənlər də tapılıb.

Qeyd edək ki, İlkay Gündoğan ötən il sentyabr ayının 2-də “Mançester Siti”dən “Qalatasaray”a transfer olub. Onun illik maaşı 4,5 milyon avrodur. 36 yaşlı futbolçu “Qalatasaray” azarkeşlərinin sevimlisi sayılırdı. Sarı-qırmızılı tərəfdarın İlkayı protesto etməsi ilk dəfə baş verir.

 

(Metbuat.az)

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər