Türkiyəli tennisçidən tarixi nailiyyət
İdman
144
21:26, Bu gün

Türkiyəli tennisçidən tarixi nailiyyət

Dünya reytinqində 112-ci yerdə olan türkiyəli tennisçi Zeynep Sönmez dünyanın 11-ci raketka ustası rusiyalı Yekaterina Aleksandrova üzərində qələbə ilə tarixi nailiyyətə imza atıb.

Moderator.az championat.com-a istinadən xəbər verir ki, Zeynep Avstraliya Açıq Çempionatının əsas mərhələsində qalib gələn ilk türkiyəli qadın olub. Matç 7-5, 4-6, 6-4 hesabı ilə başa çatıb.

Avstraliya Açıq Çempionatının ikinci raundunda Sönmez Ana Bondari (Rumıniya) və Elizabet Mandlik (ABŞ) arasında matçın qalibi ilə oynayacaq.

Qeyd edək ki, mövsümün ilk Böyük Dəbilqə turniri 18 yanvar - 1 fevral tarixlərində Melburnun sərt kortlarında keçiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər