20:56
5°C
Bakı
“Milan”ın əsas qapıçısı Mayk Menyan yeni uzunmüddətli müqaviləyə razılıq verib.
Moderator.az xəbər verir ki, bu barədə Nikolo Şira məlumat verib.
Tərəflərin 2031-ci ilin yayına qədər davam edəcək müqavilə imzalaması gözlənilir. Fransalının maaşı ildə 7 milyon avro olacaq. Bundan əlavə bonuslar da alacaq.
Mennyan 2021-ci ildən “rossoneri”nin şərəfini qoruyur. Bu mövsüm qapıçı bütün turnirlərdə 23 oyun keçirib, 19 qol buraxıb və 10 oyunda qapısını toxunulmaz saxlayıb.