22:15
5°C
Bakı
Portuqaliya millisinin və "Mançester Yunayted" futbol klubunun keçmiş vingeri, 2016-cı ilin Avropa çempionu Nani Qazaxıstanın "Aktobe" komandasının futbolçusu olacaq.
Moderator.az bildirir ki, bu iddia ilə "AmanVIBE" "Telegram" kanalı çıxış edib.
Mənbənin məlumatına görə, 39 yaşlı futbolçu "Aktobe" ilə müqavilənin bütün şərtlərini razılaşdırıb və yaxın vaxtlarda komandanın təlim-məşq toplanışına qoşulacaq.
Bildirilir ki, Nani birillik müqavilə imzalayacaq. Vurğulanır ki, portuqaliyalı hücumçunun maaşı Qazaxıstan Premyer Liqası tarixində ən yüksək məvacib olacaq.