17:39
5°C
Bakı
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi olan Almaniyanın “Ayntraxt Frankfurt” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Bundesliqa təmsilçisini müvəqqəti olaraq Dennis Şmitt çalışdıracaq.
O, “Ayntraxt”ın U-21 komandasının baş məşqçisidir.
Şmitt bu postda istefaya göndərilən Dino Toppmölleri əvəzləyib.
Qeyd edək ki, “Qarabağ”la “Ayntraxt Frankfurt” yanvarın 21-də qarşılaşacaq.
(Teleqraf)