Mbappe Ronaldunun rekorduna yaxınlaşdı
İdman
195
14:46, Bu gün

Mbappe Ronaldunun rekorduna yaxınlaşdı

"Real Madrid" futbol klubunun hücumçusu Kilian Mbappe İspaniya La Liqasında 50-ci qolunu vurub.
 
Moderator.az bu barədə "Opta" statistika portalına istinadən xəbər verir.
 
Bildirilir ki, fransalı forvard İspaniya çempionatının 20-ci turunda "Levante"yə qarşı keçirilən və "Real Madrid"in 2:0 hesablı qələbəsi ilə başa çatan oyunda penaltini dəqiq yerinə yetirib.
 
Mbappeyə İspaniya çempionatı çərçivəsində 50 qol həddinə çatmaq üçün 53 matç kifayət edib. Bu, XXI əsrdə qeydə alınan ikinci ən sürətli nəticədir. La Liqada yalnız Kriştianu Ronaldu 50 qolu daha tez vurmağı bacarıb. Portuqaliyalı ulduza bunun üçün 51 matç lazım olmuşdu.
 
Cari mövsümdə Mbappenin La Liqada 19 oyunda 19 qolu var. O, hazırda turnirin ən yaxşı bombardiridir.
Link kopyalandı!
Son xəbərlər