Qvardiola yayda
İdman
125
10:04, Bu gün

Qvardiola yayda "Mançester Siti"ni tərk edə bilər

"Mançester Siti" futbol klubu və Pep Qvardiola mövsümün sonunda əməkdaşlığın davam edib-etməyəcəyinə dair həlledici görüş keçirəcəklər.
 
Moderator.az bildirir ki, bu barədə "Topskills Sports UK" nəşrinin "X" sosial şəbəkəsindəki hesabında məlumat verilir.
 
Mənbənin məlumatına görə, Qvardiolanın gələcəyi yaxın ayların nəticələrindən asılı olacaq. Əgər 2025/2026 mövsümü klub rəhbərliyinin gözləntilərini doğrultmasa, onun gedişi real imkan olaraq qalır.
 
Qeyd olunur ki, "şəhərlilər" Qvardiolanın 2026-cı ilin yayında komandanı tərk edəcəyi təqdirdə alternativ variant kimi artıq italyan mütəxəssis Entso Mareskanın nümayəndələri ilə əlaqə saxlayıblar.
 
Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. Bu mövsüm İngiltərə Premyer Liqasında keçirilən 22 oyundan sonra "şəhərlilər" 43 xal toplayıblar və turnir cədvəlində ikinci yeri tuturlar.
Link kopyalandı!
Son xəbərlər