Azərbaycan Basketbol Liqasında bu gün XIII tura yekun vurulacaq
İdman
233
09:55, Bu gün

Azərbaycan Basketbol Liqasında bu gün XIII tura yekun vurulacaq

Azərbaycan Basketbol Liqasında bu gün XIII tura yekun vurulacaq.
 
Moderator.az xəbər verir ki, turun sonuncu oyun günündə A qrupunda iki qarşılaşma baş tutacaq.
 
Saat 15:00-da "Sabah" - "Şəki" matçı start götürəcək. "Sabah" 21 xalla ikinci pillədə qərarlaşıb. 14 xala malik "Şəki" isə 5-cidir.
 
NTD - "Abşeron Lions" görüşünə isə saat 18:00-da start veriləcək. "Abşeron Lions" 23 xalla qrupda lider mövqeyindədir. NTD isə 12 xalla sonuncu - 6-cıdır.
 
Hər iki matçı Bakı İdman Sarayında keçiriləcək.
Link kopyalandı!
Son xəbərlər