“Real”ın azarkeşləri klub prezidentinin istefasını tələb etdilər
İdman
137
22:34, Bu gün

“Real”ın azarkeşləri klub prezidentinin istefasını tələb etdilər

Madrid “Real”ının azarkeşləri La Liqanın 20-ci turunda “kral klubu”nun “Levante” ilə ev oyununda “Florentino, istefa ver!” şüarları səsləndiriblər.

Moderator.az xəbər verir ki, qarşılaşma İspaniya nəhənginin “Santyaqo Bernabeu” stadionunda keçirilib.

Xatırladaq ki, Madrid klubunun prezidenti Florentino Peresdir. O, bu vəzifəni 2000–2006-cı illərdə tutub və 2009-cu ildə yenidən həmin posta qayıdıb.

Yanvarın 14-də “kral klubu” İspaniya Kubokunu tərk edib: 1/8 final mərhələsində “Albasete” klubuna 2:3 hesabı ilə məğlub olub. Yanvarın 11-də isə Madrid komandası İspaniya Superkubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə uduzub. La Liqanın 19 turundan sonra “Real” 45 xal toplayaraq ikinci pillədə qərarlaşıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər