İngiltərə Premyer Liqası:
İdman
276
17 Jan 2026 | 21:40

İngiltərə Premyer Liqası: "Çelsi"dən inamlı qələbə, "Liverpul"dan xal itkisi

İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

Moderator.az xəbər verir ki, "Liverpul" doğma azarkeşləri önündə "Börnli"ni qəbul edib.

Rəqibin öhdəsindən gələ bilməyən mersisayd klubu minimal hesablı heç-heçəyə razılaşaraq xal itirib - 1:1.

Digər matçda "Çelsi" ev oyununda "Brentford"u sınağa çəkib. "Zadəganlar" qonaqların qapısından iki cavabsız top keçirərək qarşılaşmanı qalib başa vurublar - 2:0.

Hazırda "Liverpul" 36 xalla turnir cədvəlində 4-cü, "Çelsi" isə 34 xalla 6-cı pillədə qərarlaşıb.

Link kopyalandı!
Son xəbərlər