11 futbolçuya yarım milyard xərclədilər
İdman
332
17:42, Bu gün

11 futbolçuya yarım milyard xərclədilər

“Mançester Siti” tezliklə daha bir böyük transferi tamamlayacaq: “Kristal Pelas”ın mərkəz müdafiəçisi və kapitan Mark Qehinin keçidini.
 
Publika.az xəbər verir ki, o, yayda azad agent ola bilərdi, lakin “şəhərlilər” onu 20 milyon funt sterlinq+10 milyon funt sterlinq bonus qarşılığında ələ keçirdilər.
 
Cəmi bir il ərzində “Siti” 11 futbolçunun transferinə təxminən 500 milyon avro xərcləyib. Bu oyunçuların bəziləri icarəyə göndərilib, çünki onlar çox güman ki, “Siti”də daha az oyun vaxtı alacaqdılar və ya heç vaxt oynamayacaqdılar.
 
Canluici Donnarumma – PSJ-dən 30 milyon avroya;
 
Rayan Ait-Nuri – “Vulverhempton”dan 36,8 milyon avroya;
 
Mark Qehi – 34,6 milyon avroya “Kristal Pelas”dan;
 
Vitor Reyes – 37 milyon avroya “Palmeyras”dan;
 
Abdukodir Xusanov – “Lans”dan 40 milyon avroya;
 
Niko Qonsales – 60 milyon avroya “Portu”dan;
 
Ticani Reynders – “Milan”dan 54,9 milyon avroya;
 
Sverre Nypan – 15 milyon avroya “Rusenborq”dan;
 
Antuan Semeno – 72 milyon avroya “Bornmut”dan;
 
Ömər Marmuş – 75 milyon avroya “Ayntraxt Frankfurt”dan;
 
Rayan Çerki – 36,5 milyon avroya “Lion”dan.
 
Ümumilikdə klub 11 futbolçuya 491,8 milyon avro xərcləyib. Bura Ceyms Traffordun keçidi (31,2 milyon avro) daxil deyil.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər