18:19
5°C
Bakı
İngiltərənin "Çelsi" klubu yeni mərkəz müdafiəçisi transfer etmək üçün hərəkətə keçib.
Moderator.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Fransanın "Renn" klubunun 20 yaşlı futbolçusu Jeremi Jake London təmsilçisinin transfer siyahısında yer alır.
Gənc müdafiəçi ötən yaydan bəri "zadəganlar"ın əsas namizədlərdən biri hesab olunur. Yekun qərarın yaxın vaxtlarda verilməsi gözlənilir.
Qeyd edək ki, bu mövsüm Jake bütün turnirlərdə 17 oyunda meydana çıxıb. "Transfermarkt" portalına əsasən futbolçunun bazar dəyəri 20 milyon avro təşkil edir.