16:31
6°C
Bakı
"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Mançester Siti" və "Real Madrid"in maraq dairəsinə düşüb.
Moderator.az "TEAMtalk"a istinadən xəbər verir ki, hər iki klub mövsüm bitdikdən sonra Artetanı baş məşqçi postuna gətirmək istəyir.
Mənbənin məlumatına görə, Arteta özünü "Arsenal"da xoşbəxt hiss edir və məqsədi klubla liqa çempionu olmaqdır. Həmçinin qeyd olunur ki, Arteta artıq idman direktoru Andrea Berta ilə "Arsenal"la müqaviləsini uzatmaq üçün şifahi razılığa gəlib.
Qeyd edək ki, Arteta 2019-cu ildən bəri "topçular"a rəhbərlik edir. Komanda cari mövsümdə 21 turdan sonra 49 xalla İngiltərə Premyer Liqasında liderdir.
