17:07
6°C
Bakı
Fransa Liqa 1-in XVIII turunda PSJ doğma meydanda "Lill"i 3:0 hesabı ilə məğlub edib.
Moderator.az xəbər verir ki, bu qələbə Paris klubunun baş məşqçisi Luis Enriquenin rəhbərliyi altında 100-cü qələbəsi olub.
Qeyd edək ki, Luis Enrique 2023-cü ilin yayından PSJ-ni çalışdırır. Onun rəhbərliyi dövründə komanda iki dəfə Fransa çempionu, iki dəfə Fransa Kuboku və Superkubokunun qalibi olub. Bundan başqa, PSJ UEFA Çempionlar Liqasını, Qitələrarası Kuboku və UEFA Superkubokunu da qazanıb.