16:11
6°C
Bakı
Tyaqo Silva "Portu"nun (Portuqaliya) tarixinə klubun heyətində meydana çıxan ən yaşlı futbolçu kimi düşüb.
Moderator.az xəbər verir ki, bu, Portuqaliya Kubokunun 1/4 final mərhələsində "Portu"nun doğma meydanda "Benfika"nı qəbul etdiyi oyunda baş verib.
Qarşılaşma "əjdahalar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb və nəticədə "Benfika" turnirdən kənarlaşdırılıb.
Sözügedən matç braziliyalı müdafiəçi üçün "Portu" forması ilə debüt oyunu olub. 41 yaş 3 aylığında meydana çıxan Silva ilk görüşündə etibarlı çıxışı ilə yadda qalıb və komandasının qapısını toxunulmaz saxlamaqda mühüm rol oynayıb.