02:41
4°C
Bakı
"Barselona" futbol klubunun yarımmüdafiəçisi Pedro Fernandes qış transfer pəncərəsində Kataloniya klubundan ayrılacaq.
Moderator.az Sport.es-ə istinadən xəbər verir ki, futbolçu müqaviləyə xitam verildiyi üçün 6 milyon avro təzminat ödəyəcək.
Məlumata görə, Fernandes yarımmüdafiə mövqeyində yüksək rəqabət olduğuna görə "Barselona"dan ayrılmaq istəyir. O, bu mövqeyə Fermin Lopes və Daniel Olmo ilə rəqabətə davam gətirmir.
"Barselona"nın idman direktoru Deko gənc oyunçunun müqaviləsini uzatmağı planlaşdırıb, lakin futbolçu müqaviləsini ləğv etmək qərarına gəlib.
Bu mövsüm filippinəsilli ispan beş matçda 148 dəqiqə oynayıb. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 10 milyon avrodur.