İdman
172
16 Jan 2026 | 22:48

"Zirə" üçüncü yoxlama görüşündə məğlub olub

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" komandası üçüncü yoxlama oyununda uduzub.

Moderator.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Çexiyanın "Bohemians 1905" klubu ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

Azərbaycan kollektivinin qolunu 41-ci dəqiqədə Ruan Renato vurub.

Qeyd edək ki, "Zirə" ilk yoxlama oyununda Rumıniyanın "Çiksereda" komandası ilə bərabərə qalıb - 3:3. İkinci görüşündə isə Ukrayna təmsilçisi "Aleksandriya"ya 2:3 hesabı ilə məğlub olub.

Link kopyalandı!
Son xəbərlər